Şeyxin qardaşından Sərt Reaksiya “Tutaq ki, milyardı var, kimə nə dəxli?!” - VİDEO

12:36 - 27 İyun 2021

Şeyxin qardaşından Sərt Reaksiya “Tutaq ki, milyardı var, kimə nə dəxli?!” - VİDEO

Bloger Mehman Hüseynov Milli Məclisin deputatı Cavanşir Paşazadə və onun oğlu Şahin Paşazadəyə məxsus olduğu iddia edilən biznes obyektləri barədə şəxsi "YouTube" kanalında video paylaşıb.

Manset.az xəbər verir ki, video sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Deputat Cavanşir Paşazadə pravda.az-ın mövzu ilə bağlı sualına qısa cavab verib:

“Oğlum Şahinin 45 yaşı var, özü bilər nə işlə məşğuldur. Tutaq ki, milyardı var, kimə nə dəxli?! Bu sualı mənim cavablandırmağım doğru olmaz".

Qeyd edək ki, adıçəkilən millət vəkili Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qardaşıdır.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin