Lassa qızdırması 10 nəfərin ölümünə səbəb oldu

10:04 - 21 Yanvar 2025

Lassa qızdırması 10 nəfərin ölümünə səbəb oldu

Qərbi Afrikada yerləşən Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırmasından bir həftə ərzində 10 nəfər ölüb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) açıqlamasında ölkədə Lassa qızdırmasının yayılmasının davam etdiyini bildirib. Açıqlamada həmçinin son bir həftə ərzində ölkədə 54 Lassa qızdırması hadisəsinin qeydə alındığı, epidemiya nəticəsində 10 nəfərin öldüyü bildirilib. Keçən il epidemiya ölkədə 190 nəfərin ölümünə səbəb olub və hökumət xəstəliyin müalicəsi üçün 3 dərmanın təsdiqləndiyini açıqlayıb.

Siçanlarla təmas yolu ilə keçən xəstəlik, həm də insandan insana keçə bilər və ölümcül hemorragik qızdırma ilə nəticələnir. Səlahiyyətlilər əhalini siçanlar və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırıb.


Xəbər xətti

21 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin