"Tramp ABŞ-də ölüm cəzasını bərpa etməyi planlaşdırır" - KİV

19:40 - 20 Yanvar 2025

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkədə federal səviyyədə ölüm cəzasını bərpa etməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Cozef Bayden administrasiyası dövründə bu cəzaları müvəqqəti olaraq dayandırmaq məqsədilə moratorium elan edilmişdi.

Xatırladaq ki, ABŞ-də 2024-cü ilin noybrında keçirilən prezident seçkilərində Tramp qalib gəlib. Bu gün onun andiçmə mərasimi keçiriləcək.


Xəbər xətti

21 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin