Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi
20 Yanvar 2025
15:46 - 20 Yanvar 2025
Kubanın hakimiyyət orqanları Olqin hərbi dairəsində döyüş sursatı anbarının partlaması nəticəsində həlak olan hərbçilərin xatirəsinə yanvarın 20-ni matəm günü elan edib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes "X" sosial şəbəkəsində məlumat verib.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında hərbi texnika istehsalı müəssisəsində qəza baş verib. İlkin məlumatlara görə, sursatların partlamasına qısaqapanma səbəb olub. Hadisə nəticəsində 13 hərbçi həlak olub.
"Olqin hərbi dairəsində hərbi materialların saxlandığı tikinti meydanında həlak olan igid əsgərlərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecəyarısına qədər rəsmi matəm günü elan etmişik", - deyə Bermudes paylaşımda bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin