İlham Əliyev 20 Yanvarla bağlı paylaşım etdi
20 Yanvar 2025
14:18 - 20 Yanvar 2025
"Bu gün qardaş Azərbaycanda Ümumxalq Hüzn Günüdür. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı Bakıya daxil olan sovet tanklarının qarşısında əyilmədi, bədənlərini texnikanın qarşısına sipər edərək qəhrəmanlıq göstərdi. Bu faciə zamanı 147 nəfər şəhid oldu. 20 Yanvar hadisəsi Azərbaycanın müstəqillik uğrunda mübarizəsində yeni bir mərhələnin başlanğıcı oldu."
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu fikirlər "Haber Global" televiziya kanalında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı yayımlanan xüsusi süjetdə səsləndirilib.
Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının göstərdiyi şücaətdən bəhs edən süjetdə vurğulanır ki, bu hadisə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və bütün dünya xalqın şanlı mübarizə dastanına şahid oldu.
"Yüzminlərlə azərbaycanlı, dəhşətli qətliamın yaratdığı ağrıya baxmayaraq, silahların kölgəsində Azadlıq meydanına toplaşaraq şəhidlərini son mənzilə yola saldı," - deyə süjetdə qeyd edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin