Fərid Səfərli Azərbaycana QAYTARILDI
20 Yanvar 2025
12:46 - 20 Yanvar 2025
1990-cı ilin 20 yanvarında baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. 35 il öncə 70 illik mürtəce imperiyanın pəncəsindən qurtulmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsinə qəsd olundu. Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya bəyan etdi. O məşum gecə şəhadət şərbətini içən 150 nəfərədək vətəndaşımız xalqımızın istiqlal mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi həkk etdirdilər... Ötən dövrdə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini böyük hüzn və qürur hissi ilə qeyd edir.
Manset.az xəbər verir ki, yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edərək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.
Şəhidlərin məzarları önünə tər qərənfillər düzülərək əziz xatirəsi yad edilib. Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların əməkdaşları da iştirak ediblər.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsində qazandığı şanlı Zəfərlə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə təkcə 20 Yanvar şəhidlərinin deyil, bütün Vətən fədailərinin ruhları rahatlıq tapıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin