Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

10:09 - 20 Yanvar 2025

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Sumqayıt Dövlət Dram Teatrının sevilən aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Mövsüm Turbəndə oğlu Hüseynov vəfat edib.

 

Manset.az xəbər verir ki, o uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya, 1997-2008-ci illərdə Bakı Bələdiyyə teatrlarında çalışıb.

2010-cu ildən ömrünün sonunadək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirib. Mövsüm Hüseynov 16 oktyabr 2018-ci ildə "Azərbaycanın Əməkdar artisti" fəxri adına layiq görülüb.

Fəaliyyəti dövründə "Hücum", "Qəzəlxan", "Yük", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Hotel otağı" və s. filmlərə çəkilib, teatr səhnəsində onlarla obraz canlandırıb.



Xəbər xətti

20 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin