Mehriban Əliyevadan 20 Yanvar faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM
20 Yanvar 2025
00:35 - 20 Yanvar 2025
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə Manset.az-a FHN-dən bildirilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bazar ərazisində meyvə-tərəvəz satışı həyata keçirilən mağazada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 9kv.m. olan mağazanın talvar hissəsi 5kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və bazar ərazsinidə yerləşən bitişik obyektlər yanğından mühafizə olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin