Husilər dünya iqtisadiyyatına 200 milyard dollar ziyan vurdu

18:15 - 19 Yanvar 2025

Husilər dünya iqtisadiyyatına 200 milyard dollar ziyan vurdu

Yəməndə husilərin fəaliyyəti keçən il dünya ticarətinə 200 milyard dollar ziyan vurub.

 

Manset.az-ın The Economist-ə istinadən verdiyi xəbərə görə, dəniz yolu ilə yüklərin daşınmasının dəyəri 5 dəfə bahalaşıb.

Ən böyük ziyan Misirə dəyib. Qahirənin Suveyş kanalından əldə etdiyi gəlir 7 milyard dollar azalıb. ABŞ isə Qırmızı dənizdə gəmilərin qorunması üçün keçən il 5 milyard dollar xərcləməli olub.

Qeyd edilib ki, 2024-cü il ərzində husilər gəmiləri Afrikanı dolanmaqla yük daşımağa məcbur edib. Asiyadan Avropaya dəniz yolu 6 min kilometr, 10-14 gün artıb. Bu isə gəmilərin hər reysinin 1 milyon daha baha başa gəlməsinə səbəb olur. Qırmızı dənizdən daşınan yüklər üçün sığorta tarifləri isə 20 dəfə artırılıb.

Yaranmış vəziyyətdən uduşlu çıxan isə Çin və Rusiyadır, çünki husilər bu ölkələrin gəmilərini atəşə tutmur. Hazırda Süveyş kanalı ilə daşınan neft yüklərinin əsas hissəsi də Rusiyaya məxsusdur.


Xəbər xətti

20 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin