Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi

15:35 - 19 Yanvar 2025

Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Bakıdakı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə səfir “X” hesabında bildirilib.

“1990-cı il yanvarın 19-u və 20-si Bakıda həlak olanların əziz xatirəsini hörmətlə anırıq. Sovet İttifaqının dağılması zamanı yaranan qarışıqlıqdan demək olar ki, heç bir region Cənubi Qafqaz, o cümlədən Azərbaycan qədər çox əziyyət çəkməyib”, - deyə o qeyd edib.


Xəbər xətti

19 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin