DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
19 Yanvar 2025
23:35 - 18 Yanvar 2025
"Taksi" fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edildiyi 2024-cü ilin iyul ayından etibarən Çindən hibrid avtomobillərin idxalı dörd dəfəyə yaxın artıb.
Manset.az Baku Tv-yə istinadən xəbər verir ki, əgər ilin I yarısında bu ölkədən Azərbaycana 2 854 belə nəqliyyat vasitəsi gətirilmişdisə, noyabr ayında bu say 11 102-yə çatıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Çin istehsalı olan belə avtomobillər ucuz olmaqla yanaşı, onların Azərbaycana daşınması da daha tez başa gəlir.
Diqqəti çəkən məqamlardan biri də Çindən gətirilən hibrid avtomobillərin qiymətinin getdikcə enməsidir. Belə ki, 2024-cü ilin yanvar ayında Çindən idxal olunan 1 ədəd benzinlə yanaşı, elektrik mühərrikli minik avtomobilinin orta qiyməti 31 571 dollar idisə, noyabr ayında bu göstərici 37% azalaraq, 19 923 dollar təşkil edib.
Ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin