DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
19 Yanvar 2025
22:50 - 18 Yanvar 2025
İsrail hələ də radikal Fələstinin HƏMAS hərəkatının azad edəcəyi əsirlərin siyahısını almayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz.
"Razılaşdırıldığı kimi əsirlərin siyahısını almayana qədər Qəzza razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Bütün məsuliyyət HƏMAS-ın üzərinə düşür", - Netanyahu bildirib.
Xatırladaq ki, yanvarın 16-da İsraillə HƏMAS arasında Qəzza zolağında atəşkəs və girovların mübadiləsinə dair saziş imzalanıb, razılaşma yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin