Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açıldı

18:12 - 18 Yanvar 2025

Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açıldı

Ermənistan hakimiyyətinə qarşı tənqidi çıxışları ilə tanınan satirik, publisist və dramaturq Vaqram Saakyana qarşı cinayət işi açılıb.

 

Manset.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi sədrinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (nifrət, ayrı-seçkilik və dözümsüzlüyün təbliği) ilə açılıb.

İstintaq Komitəsi Saakyanın məhz hansı ifadələrinin cinayət işinin açılmasına əsas verdiyini açıqlamır.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin