DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
19 Yanvar 2025
15:45 - 18 Yanvar 2025
İsrail hərbçiləri Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 19-da səhər azad edilməli olan girovların qəbuluna hazırlıq görürlər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri yanvarın 18-də siyasi rəhbərlik tərəfindən təsdiqlənmiş girovların qaytarılması haqqında razılaşmanın həyata keçirilməsinə hazırlaşır. Saziş yanvarın 19-da saat 08:30-da qüvvəyə minəcək və İsrail Müdafiə Qüvvələrinin bölmələri onun çərçivəsində yerlərdə əməliyyat prosedurları həyata keçirəcək", - məlumatda deyilir.
Hərbçilər azad edilənlərə müvafiq fiziki və psixoloji dəstək göstərəcəklər.
"İsrail Müdafiə Qüvvələri həmçinin bütün İsrail vətəndaşlarının, xüsusən də Qəzza zolağı yaxınlığındakı yaşayış məntəqələrində yaşayanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində işi davam etdirəcək", - məlumatda qeyd olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin