İsveç Latviyaya hərbçilər göndərdi

15:00 - 18 Yanvar 2025

İsveç Latviyaya hərbçilər göndərdi

İsveç Camp Valdemar hərbi bazasındakı NATO-nun quru qoşunlarının gücləndirilməsi üçün 550 nəfərlik batalyonu Latviyaya göndərib. Bu, krallığın Şimali Atlantika Alyansının üzvü kimi ilk hərbi missiyasıdır.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Batalyonun yerləşdirilməsi məxfi şəraitdə və dəniz yolu ilə həyata keçirilib.

İsveç silahlı qüvvələri Avropada sonuncu dəfə 90-cı illərdə Kosovoda sülhməramlı missiyada, daha sonra Mali və Əfqanıstandakı əməliyyatlarda iştirak ediblər. "Əvvəlki əməliyyatlarda bizim vəzifəmiz sülhü bərqərar etmək idi, bu dəfə biz müharibənin qarşısını almaq məqsədilə sülhün hökm sürdüyü bir ölkəyə gedirik", - Cənubi Skonsk alayının kommunikasiyaya görə məsul şəxsi Markus Nilsson bildirib.

NATO-nun quru qüvvələri Alyansın Rusiya ilə həmsərhəd olan bütün ölkələrində mövcuddur. İsveç 2004-cü ildən Latviyada yerləşdirilmiş bu qüvvələrdə iştirak edən on dördüncü ölkədir.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin