Husilər Qırmızı dənizdə ABŞ-nin aviadaşıyıcı gəmisinə növbəti dəfə hücum etdi

00:20 - 18 Yanvar 2025

Husilər Qırmızı dənizdə ABŞ-nin aviadaşıyıcı gəmisinə növbəti dəfə hücum etdi

Yəmənin şimalına hakim olan “Ənsar Allah” hərəkatı (husilər) ABŞ-nin “USS Harry Truman” aviadaşıyıcı gəmisi Qırmızı dənizə gəldikdən sonra ona qarşı yeddinci dəfə hücum etdiyini açıqlayıb.

 

Manset.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir.

“Aviadaşıyıcı gəmiyə qarşı onun Qırmızı dənizə gəlməsindən sonra yeddinci hücum həyata keçirildi. Həmlə bir neçə pilotsuz uçuş aparatı ilə edilib”, – məlumatda qeyd olunub.

Husilər hadisələrin istənilən inkişaf ssenarisinə hazır olduqlarını və Qəzza zolağında baş verənləri diqqətlə izləyəcəklərini söyləyiblər.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin