İlk girovlar bu tarixdə azad edilə bilər

23:10 - 17 Yanvar 2025

İlk girovlar bu tarixdə azad edilə bilər

İsrailin hərbi-siyasi kabineti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanı təsdiqləsə, Qəzza sektorunda ilk girovlar plana uyğun olaraq yanvarın 19-da azad edilə bilər.

 

Manset.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

 

Razılaşmanın 42 gün davam etməsi nəzərdə tutulan birinci mərhələsində HƏMAS 33 israilli əsiri mərhələli şəkildə azad etməyi öhdəsinə götürüb. İsrail tərəfi isə bunun müqabilində minə yaxın fələstinli məhbusu azad etməlidir.

 

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatı İsrailin nəzarətində olan ərazilərə hücum edib. Hücum nəticəsində 1,2 mindən çox israilli ölüb, 240 nəfər isə əsir götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Son məlumata görə, indiyədək 46 mindən çox fələstinli münaqişənin qurbanı olub.


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin