2 məktəb direktoru vəzifəsindən azad edildi - FOTO
18 Yanvar 2025
18:30 - 17 Yanvar 2025
Yanvarın 17-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Manset.az xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Telefon danışığının detalları barədə hələlik açıqlama yoxdur.
Çinin Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 17-də mətbuata açıqlamasında deyilir ki, Çinin vitse-prezidenti Han Cen ABŞ tərəfinin dəvəti əsasında yanvarın 20-də Donald Trampın andiçmə mərasimində iştirak edəcək. Nazirlik rəsmi Pekinin ABŞ ilə münasibətləri və onun inkişafını qarşılıqlı etimad, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında gördüyünü bəyan edib.
"Biz yeni ABŞ hökuməti ilə dialoq və kommunikasiyanı gücləndirmək, fikir ayrılıqlarını düzgün həll etmək, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, Çin-ABŞ münasibətlərini sabit, sağlam və davamlı saxlamaq, iki ölkənin bir-biri ilə anlaşmasına imkan verən düzgün yol tapmaq üçün işləməyə hazırıq", - deyə Çin XİN-in açıqlamasında qeyd olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin