Bakıda kişi 4 nəfəri aldadıb 38 min manatdan çox pulunu aldı

17:50 - 17 Yanvar 2025

Bakıda kişi 4 nəfəri aldadıb 38 min manatdan çox pulunu aldı

Bakıda 4 nəfərə qarşı dələduzluq edilib.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində dörd nəfərin aldadılaraq ümumilikdə 38600 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 48 yaşlı İ.Mirzəyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.


Xəbər xətti

17 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin