Fərdi yaşayış evində partlayış olub -YARALILAR VAR - VİDEO+FOTO - YENİLƏNİB
17 Yanvar 2025
16:27 - 17 Yanvar 2025
“Barselona”nın keçmiş hücumçusu, hazırda “Əl-Hilal”da çıxış edən Neymar Lionel Messinin Kataloniya komandasında oynayarkən ona inam qazanmasına necə kömək etdiyini açıqlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“İlk altı ayı “Barsa”da içimdə kəpənəklər uçurdu.. Mən hər dəfə özümə deyirdim: "heç kimi qabaqlaya bilmirəm, hər şeyi səhv edirəm!"
Bir gün tam ümidsizliyə qapıldım. Fasilə idi. Hələ də yadımdadır, "Atletik Bilbao" matçında idi, özümə əsəbləşərək paltardəyişmə otağına getmişdim. Çox pis oynamışdım. Tualetə gedib təkbaşına “mən nə edirəm?" fikirləşərək ağladmışdım. Sonra qapı döyüldü və Messi içəri girdi. Məndən soruşdu ki, niyə ağlayırsan? Mən isə “yaxşıyam, hər şey yaxşıdır” cavab verdim.
Sonra Dani Alves gəldi və Messi dedi: “Sakitləş, biz sənə kömək etmək üçün buradayıq. Biz istəyirik ki, heç bir təzyiq olmadan Santosda olduğu kimi ən yaxşı futbolunu oynayasan. Əgər bir şeyə ehtiyacın varsa, mənə arxalana bilərsən”. Bundan sonra özümə daha çox güvənirdim. Mənə oynamaq daha maraqlı gəlmişdi və hər şey düzəlməyə başlamışdı!” — jurnalist Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) Neymardan sitat gətirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin