Fərdi yaşayış evində partlayış olub -YARALILAR VAR - VİDEO+FOTO - YENİLƏNİB
17 Yanvar 2025
12:49 - 17 Yanvar 2025
Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.
Manset.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Siyasətçinin həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib və o, Adila həbsxanasının məhkəmə zalında həbs edilib. Hər iki müttəhimə, eyni zamanda, yüksək cərimə kəsilib. Bunu ödəmədikləri təqdirdə, onlara daha altı ay həbs cəzası tətbiq ediləcək.
İmran Xan və arvadı 2018-ci ildə torpaq sahələrini rüşvət kimi almaqda və onların idarə etdiyi dövrdə “Al-Qadir Trust” xeyriyyə fondu tərəfindən qeyri-qanuni gəlirlərin yuyulmasında ittiham olunurlar. İttiham edən tərəfin fikrincə, bu Fond məhkumların qeyri-qanuni fəaliyyətini ört-basdır etmək üçün nəzərdə tutulubmuş.
İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 10 aprel 2022-ci ildə parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin