Fərdi yaşayış evində partlayış olub -YARALILAR VAR - VİDEO+FOTO - YENİLƏNİB
17 Yanvar 2025
12:39 - 17 Yanvar 2025
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli akademiyanın Humanitar Elmlər Bölməsinin "Filologiya və sənətşünaslıq” jurnalının baş redaktoru vəzifəsindən azad edilib.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, işlərinin çoxluğu ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinə jurnalın baş redaktoru vəzifəsindən azad olunması ilə bağlı müraciət edib.
Rəyasət Heyətinin iclasında məsələ müzakirə olunub və onun müraciətinə müsbət cavab verilib.
İclasda filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın Humanitar Elmlər Bölməsinin "Filologiya və sənətşünaslıq” jurnalının baş redaktoru təyin edilib.
Qeyd edək ki, Sərxan Xavəri həm də ötən ildən bəri Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsində çalışır. 1998-ci ildən AMEA-da çalışan S.Xavəri 2006-cı ildən 2024-cü ilədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində işləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin