Qayıbov Fəridin Marianadan ayrıla bilməməsi... - FOTO

23:54 - 16 Yanvar 2025

Qayıbov Fəridin Marianadan ayrıla bilməməsi... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, adıçəkilən şəxsin bu postdan uzaqlaşdırılacağı gözlənilən idi.

Səbəb isə bəllidir. Məsələ burasındadır ki, dekabrın 31-də Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasını (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən tədbirlərdə iştirakdan 180 gün kənarlaşdırıb. Buna səbəb Azərbaycan milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin artıq keçmiş müavini Mariana Vasilevanın idmançılara qarşı fiziki zorakılıqda ittiham edilməsidir. Onun özü isə ömürlük diskvalifikasiya edilib. 

Marina xanımın ona görə vəzifəsindən uzaqlaşdırılması gözlənilən idi ki, ölkədə idmanın ciddi və sağlam şəkildə təbliğinə böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə nizam-intizamın ön sırada dayandığını dəfələrlə vurğulayıb. Məhz dövlət başçısının rəhbərliyi dönəmində idmana çox böyük diqqət və qayğı göstərilib. İdmançılarımızın beynəlxalq arenada uğurlu çıxışından sonra cənab Prezidentin şəxsən onlara zəng etməsi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün göstərişlər verməsi də bu qayğının bariz nümunəsidir. 

Qeyd olunan sahəni kurasiya edən şəxslərin də dövlət başçısının bu siyasətindən nümunə götürüməsi vacibdir. Ancaq baş verən son olay Azərbaycan idman camiəsini təəssüfləndirməyə bilməz. 

Marina xanımla yanaşı, gənclər və idman naziri Fərid Qayıbovun atdığı addım daha təəssüfləndiricidir. Belə ki, nazirin Mariana Vasilevanın işdən çıxarıldığı gün onunla selfisini paylaşması başadüşülən deyil.

Bu fotonu başqa necə izah etmək olar? Məsələn, biz gözləyirdik ki, sosial şəbəkələrdə aktiv olan cənab nazir, ən azından müavininin Azərbaycan idmanına baha başa gələn xoşagəlməz davranışına görə üzr istəyəcək. Amma əvəzində Fərid Qayıbov bu gün onun vətəndaş qəbulunda iştirakını təmin edib, nazirliyin dövlət səviyyəli tədbirinə aparıb. Görünür, Fərid Qayıbov Mariana xanımın işdən çıxarılmayacağına çox əmin imiş. Amma onun unutduğu bir şey var idi: Cənab Prezidentin qətiyyəti!

Fərid Qayıbov bu selfini paylaşmaq əvəzinə, nəzərə almalıydı ki, gənclər və idman naziridir. Xoşagəlməz davranışa məruz qalanlar isə Mariana xanım deyildi, gənclər və idmançılar idi...



Xəbər xətti

17 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin