"Ölüm içkisi"ni restoranda istehsal edib satırlarmış

21:15 - 16 Yanvar 2025

Türkiyənin İstanbul şəhərində son 3 gündə saxta spirt səbəbiylə xəstəxanalara müraciət edən 66 nəfərdən 23-ü həyatını itirib.

 

Dəhşətli hadisədən sonra Başakşehirdə saxta spirtli içki istehsal edərək satan iş yeri bağlanıb və iki şübhəli saxlanılaraq həbs edilib.

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, polislər rayonda restoran olaraq fəaliyyət göstərən müəssisənin əslində saxta spirtli içki istehsal etdiyini öyrənib və hərəkətə keçib.

Həmin ünvanda keçirilən reyd zamanı saxta spirtli içkilərin istehsalı və satışı ilə yanaşı, biznesin daxilində narkotik vasitələrin qanunsuz dövriyyəsinin də baş verdiyi müəyyən edilib.

Saxlanılan iki şübhəlinin müəssisədə və ünvanlarında aparılan axtarışlar zamanı 15 litr qaçaqmalçılıq yolu ilə gətirilən spirtli içki, 35 litr satışa hazır saxta spirtli içki, 36 ədəd narkotik həb və müxtəlif növ narkotik vasitələr ələ keçirilib.

Məlum olub ki, sözügedən müəssisə "Türkmən restoranı" kimi tanınırmış. Müəssisə restoran kimi fəaliyyət göstərirmiş və müştərilərin əksəriyyəti xarici ölkə vətəndaşları olub.



Xəbər xətti

17 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin