"Tramp İrana qarşı “maksimum təzyiq strategiyasına” qayıtmağı planlaşdırır" - KİV

19:55 - 16 Yanvar 2025

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İrana qarşı “maksimum təzyiq strategiyası”na, o cümlədən yeni genişmiqyaslı sanksiyalar paketinə qayıtmağı düşünür.

 

Manset.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər artıq fevral ayında tətbiq oluna bilər və onun İranın neft sənayesindəki əsas oyunçulara təsir edəcəyi gözlənilir.

Mənbələr bildiriblər ki, Trampın əsas müşavirləri arasında Tehrana qarşı sərt iqtisadi siyasətə qayıtmağın zəruriliyi ilə bağlı ümumi konsensus var.


Xəbər xətti

16 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin