"Gürcüstanda xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə cəhdləri olub" - Boçorişvili

18:12 - 16 Yanvar 2025

Son vaxtlar Gürcüstanda xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə cəhdləri olub.

 

Manset.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan kimi Gürcüstan da müxtəlif çağırışların öhdəsindən gəlmək üçün güclü dövlətdir.

"Azərbaycanla tərəfdaşlığımız bütün istiqamətlərdə münasibətlərin daha da inkişafına yönəlib və müxtəlif müdaxilələr bizim üçün qorxulu deyil", - Boçorişvili bildirib.


Xəbər xətti

16 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin