Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi
16 Yanvar 2025
12:45 - 16 Yanvar 2025
ABŞ Prezidenti Co Baydenin administrasiyası TikTok sosial şəbəkəsini amerikalı istifadəçilər üçün əlçatan saxlamağın yollarını axtarır.
Manset.az bildirir ki, bu barədə NBC News məlumat yayıb.
Telekanalın məlumatına görə, Ağ Ev sosial şəbəkəyə qüvvəyə minmiş qadağadan yan keçməyə çalışır.
Sosial şəbəkə yanvarın 19-da ABŞ-da fəaliyyətini dayandırmağa hazırlaşır. Hazırda TikTok-un ABŞ-da təxminən 170 milyon istifadəçisi var.
Bundan əvvəl məlum olub ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ABŞ-da sosial şəbəkəyə qoyulan qadağanın qarşısını almaq məqsədilə fərman vermək imkanını nəzərdən keçirir. Bu yolla o, Çinin ByteDance şirkətinə məxsus platformanın satışı ilə bağlı sövdələşməni razılaşdırmaq və ya alternativ variant tapmaq üçün vaxt qazanmaq istəyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin