Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi
16 Yanvar 2025
12:26 - 16 Yanvar 2025
Qadın Belqrad hava limanında mühafizə xidmətinin yanından gizli keçərək Maltaya uçmağa cəhd edib.
Manset.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Hadisə yanvarın 8-də Belqradın Nikola Tesla hava limanında baş verib. Kameranın görüntülərində qadının qarnı üstə uzanaraq arakəsmənin altında süründüyü görünür. O, avtomatlaşdırılmış pasport nəzarətinin şüşə qapılarından və çoxsaylı təhlükəsizlik baryerlərindən keçə bilib. Nəticədə, qadın Wizz Air-in Maltaya uçması üçün minmə qapısına çatıb.
Yalnız o, təyyarəyə minəndə və stüardessalara minmə vəsiqəsini göstərə bilməyəndə yaxalanıb. Polis Serbiya vətəndaşının vətəninə Fransadan təyyarə ilə gəldiyini və oradan hazırda məlum olmayan səbəblərdən deportasiya edildiyini bildirib. O, artıq saxlanılıb və sərhədi pozmaqda ittiham olunub.
Hazırda Mülki Aviasiya Baş İdarəsi hadisə ilə bağlı araşdırma aparır.
"Belqrad hava limanı bu məsələdə aidiyyatı orqanlarla əməkdaşlıq edir. Araşdırma davam etdiyi halda, biz əlavə təfərrüat verə bilmərik", - hava limanının sözçüsü bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin