Sabah bu ərazidə qaz OLMAYACAQ
16 Yanvar 2025
09:23 - 16 Yanvar 2025
Rusiya və Ukrayna Qətərdə nüvə obyektlərinin hücumlardan qorunması ilə bağlı danışıqlar aparır. Görüş məhdud tərkibdə keçirilir.
Manset.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Jurnalistlər qeyd ediblər ki, Ukrayna və Rusiya Qətərdə nüvə obyektlərinin hücumdan qorunması qaydaları ilə bağlı məhdud danışıqlar aparır.
Kiyev və Moskva arasında hazırkı danışıqlarda əsirlərin mübadiləsi və uşaqların Ukrayna ərazisinə qaytarılması məsələlərinə də toxunulur.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov konfransda bildirmişdi ki, Rusiya “indi Ukrayna adlanan ölkə” üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin