"İsrail Təhlükəsizlik kabineti Qəzza razılaşmasını təsdiqləmək üçün toplanacaq" - KİV

23:00 - 15 Yanvar 2025

İsrail Təhlükəsizlik kabineti Qəzza razılaşmasını təsdiqləmək üçün toplanacaq.

 

Bu barədə Manset.az  "Kan" dövlət teleradio şirkətinə istinadən xəbər verir.

Qeyd edilir ki, kabinetin toplantısı yanvarın 16-da səhər saatlarında baş tutacaq.

Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.


Xəbər xətti

16 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin