Qəzzada atəşkəs razılaşması əldə olundu
15 Yanvar 2025
20:40 - 15 Yanvar 2025
Aparıcı İlkin Həsəni yaxın dostu Azər Baxşəliyevin xəstəxanada olduğu zaman dələduzluqla qarşılaşdıqlarını bildirib.
Manset.az Olay-a istinadən xəbər verir ki, sənətçi Rusiyada yaşayan azərbaycanlı olduğunu iddia edən şəxs onlara 10 min dollar civarında kömək edəcəyini, Azərin fanatları olduğunu söyləyib.
“Həmin ərəfədə də bir dostumuz Moskvadan Bakıya gəlirdi. Mən də təklif etdim ki, onunla sözügedən şəxsi əlaqələndirim. Bir az keçdi yenidən zəng etdi ki, hər şeyi danışmışıq, pulu göndərirəm, adam gəlib çatdıracaq, çox dua edirik. Və bildirdi ki, ailəsi də Azərbaycana gəlir, onlara deyib ki, bizə baş çəksin, maraqlansın, nə lazımdırsa, yerində həll edəcəklər. Dedik ki, ehtiyac yoxdur, amma razılaşmadı. Sonra söylədu ki, ailəsi gəlib, Gürcüstanla sərhəddədir, quru yollarla gəlir. Bundan sonra bir balaca şübhə yarandı. Dedi ki, ailəmin bütün kartları bloklanın, cəmi bir yerli kartı işləyir, səndən bir xahişim olacaq, bu karta 200 manat göndərərdin, ailəm Azərbaycana keçəndə qaytaracaq. Bunu eşidəndən sonra o qədər pis vəziyyətə düşdüm, fikirləşdim ki, bu məqamda da istifadə etmək olmaz, şərəfsizlikdir. Keçdim kənara ki, ona zəng edim. Öz ürək sözlərimi bildirim, onun nə qədər şərəfsiz, namussuz, biqeyrət olduğunu deyim. Bir neçə dəqiqə sonra gördüm ki, bu mənə yazdıqlarını silib və məni bloka atıb. Məndən sonra da o pulu gətirəcək olan dostumuza zəng edib ki, İlkinə zəng edirəm götürmür, mənə təcili 200 manat pul lazımdır ki, məsələni tez bir zamanda həll edim. Samir də sağ olsun, ayıq-sayıq olub, bu insana ürək sözlərini bildirərək onu yola salıb. Bunu niyə danışıram? Az qala mənim başıma gələcəkdi. Təsəvvür edin ki, bu insana artıq inanmışdım, beynimdə planlar qururdum, fərəhlənmişdim ki, dostumuzun belə tamaşaçıları var. Çox təəssüf ki, bu tamaşaçı beynimdə düşündüyüm kimi yaxşı insan olmadı, şərəfsizin biri oldu. İstəmərəm ki, bu hal başqa kiminsə başına gəlsin. Həssas dönəmlərdə belə şərəfsiz insanlar istifadə edə bilərlər. Necə ki, məndən istifadə edəcəkdilər. Siz də ayıq-sayıq olun. Bilin ki, dünyada belə insanlar var”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin