"NATO-nun iki gəmisi Finlandiya körfəzinə yan alıb" - KİV

20:30 - 15 Yanvar 2025

Baltik dənizində patrul xidmətinə göndərilən NATO-nun iki hərbi gəmisi Finlandiya körfəzinə yan alıb.

 

Manset.az xəbər verir ki, “Yle” teleradio şirkəti gəmilərin hərəkətini izləyən “Vessel Finder” portalının məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəlib.

Eyni zamanda, alyansın hərbi dəniz komandanlığı “X” sosial şəbəkəsində hərbi gəmilərin Baltik dənizində olduqlarını bildirərək onların bir neçə fotosunu paylaşıb. Söhbət Almaniya və Niderland bayraqları altında üzən gəmilərdən gedir.

Xatırladaq ki, yanvarın 14-də NATO-nun Baş katibi Mark Rutte alyansın Baltikyanı ölkələrinin Helsinkidə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında Baltik dənizində məqsədi sualtı mühafizədən ibarət olan “Baltic Sentry” (“Baltik keşikçi”) patrul xidməti missiyasının yaradıldığını elan edib. Əməliyyatda həmçinin alyans ölkələrindən olan freqatlar və dəniz patrul təyyarələri də iştirak edəcək. Təşkilatdan bildirilib ki, missiya dekabrın 25-də Finlandiya və Estoniya arasında sualtı kabelin zədələnməsinə cavab olaraq işə salınıb.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin