"Çelsi" "Bornmut"la heç-heçə etdi

14:30 - 15 Yanvar 2025

"Çelsi" və "Bornmut" komandalarının qarşılaşdığı İngiltərə Premyer Liqasının 21-ci turunun oyunu başa çatıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Oyun İngiltərənin paytaxtı Londondakı “Stemford Bric” stadionunda baş tutub. Qarşılaşmanın baş hakimi kimi Robert Cons (İngiltərə) çıxış edib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı 13-cü dəqiqədə "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer açıb. 50-ci dəqiqədə Castin Kluivert penaltini qola çevirərək hesabı bərabərləşdirib. 68-ci dəqiqədə Antuan Semenyo Bornmutu hesabda irəli çıxarıb. 90+5-ci dəqiqədə Ris Ceyms hesabı bərabərləşdirib.

“Çelsi” 21 oyundan 37 xalı var və İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir. "Bornmut" eyni sayda oyundan 34 xalla yeddinci yerdədir.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin