Əsgərimiz vəfat etdi - YENİLƏNİB
15 Yanvar 2025
13:54 - 15 Yanvar 2025
Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Şuşa, Xocalı şəhərləri və Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Manset.az xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanında yer alan ümumilikdə 28 ailə (135 nəfər) öz ata-baba yurdlarına qayıdıb.
Onların arasında Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) yola salınıb.
Xatırladaq ki, bugünkü köçlər də nəzərə alınmaqla indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.
***
12:23
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 15-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə yola salınıb.
Manset.az xəbər verir ki, bu mərhələdə Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 28 ailə - 135 nəfər köçürülür. Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 mindən artıq insan yaşayır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin