Bu ərazilərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
15 Yanvar 2025
11:00 - 15 Yanvar 2025
Yanvarın 14-də axşam saatlarında Tbilisidə hökumət əleyhinə növbəti aksiya keçirilib.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, parlamentin yaxınlığındakı mərkəzi Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb.
Aktyorlar mitinqə qoşularaq "Vaso Abaşidze" teatrından "Rustaveli adına Tbilisi Dövlət Teatr"-a qədər yürüş ediblər. Yürüş “Teatr və tamaşaçılar tiranlığa qarşıdır!” şüarı altında baş tutub. Etirazçıların əsas tələbi növbəti dəfə yeni parlament seçkilərinin keçirilməsi və həbsdə olan fəalların azadlığa buraxılması olub.
Gürcüstanda aksiyalar 48 gündür ki, davam edir. Etirazlarda iştirak edənlərin sayı açıqlanmır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin