Bu qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR - Cinayət Məcəlləsində YENİ MADDƏ
18 Noyabr 2024
18:01 - 19 Noyabr 2021
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın istefaya göndərilməsi ilə bağlı qərar verilib və yeni müdafiə naziri Suren Papikyan hazırda kadr axtarışındadır.
Manşet.az xəbər verir ki, yeni nazir həmin vəzifəyə uyğun namizədi hələ tapa bilmədiyindən Davtyanı vəzifəsindən azad etməyə tələsmir. Hazırda mümkün namizədlərin nəzərdən keçirilməsi mərhələsi gedir.
Davtyanın vəzifəsindən azad edilməsi ilə bağlı iki səbəb göstərilir. Birincisi, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin və mütəşəkkilliyi səviyyəsi qeyri-qənaətbəxş qiymətləndirilir ki, buna görə birbaşa Silahlı Qüvvələrin Baş Qərargah rəisi cavabdehdir. İkincisi isə Davtyan ölkənin keçmiş müdafiə naziri David Tonoyan və silah alverçisi David Qalstyanın iştirakçısı olduğu nəhəng rüşvət işində şahid qismində iştirak edir. Nəşr belə hesab edir ki, Davtyana qarşı tezliklə ittiham sürüləcək. Onun həbs olunacağı da istisna edilmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin