Avstriya Prezidenti Azərbaycan İlham Əliyevə başsağlığı verdi

19:15 - 14 Yanvar 2025

Avstriya Prezidenti Azərbaycan İlham Əliyevə başsağlığı verdi

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə başsağlığı verib.

 

Manset.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin