"Bu ərazidə partlayış səsi eşidə bilərsiniz" - MN məlumat yaydı
15 Yanvar 2025
18:20 - 14 Yanvar 2025
ABŞ quş qripinin yayılması ilə əlaqədar kəskin yumurta çatışmazlığı ilə üzləşib.
Manset.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ kənd təsərrüfatı nazirliyinin məlumatına görə, noyabr və dekabr aylarında təsərrüfat 17.2 milyon yumurtlayan toyuqdan məhrum olub; bu 2024-cü ildə virusdan zərər çəkmiş bütün quşların az qala yarısına bərabərdir.
“Biz problemi elə sabahdan həll etməyə başlaya bilmərik. Bu proses altı aydan doqquz aya qədər vaxt çəkir. Bu isə bəzi bazarlarda dövri və lokal xarakterli defisitə gətirib çıxarır”, - Amerika Yumurta İstehsalçıları Assossasiyasının prezidenti Emili Metz bildirib.
CNN-nin öz mənbələrindən əldə etdiyi məlumata əsasən, ölkədə yumurta qıtlığı bir neçə ay davam edə bilər. Noyabr ayından bəri yaranmış defisit fonunda yumurtanın qiyməti orta hesabla 25 faiz qalxıb (12 ədədi 4.33 dollara).
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin