İşsizlərə ŞAD XƏBƏR
15 Yanvar 2025
13:00 - 14 Yanvar 2025
"Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı "Deutschlandfunk"da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayımlanıb".
Manset.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.
Bildirilib ki, materialın əsas süjeti bədnam azərbaycanofob Tessa Hofmanla müsahibə əsasında qurulub:
"Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilib və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim olunub.
Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də olsun söz açılmır. Eyni şəkildə, 1987-91-ci illərdə Ermənistanda üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsinin üzərindən sükutla keçilir. Kanal irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaq əvəzinə, Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləmənin dövlət siyasəti olduğunu təsdiq edən və bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir".
"Qərbi Azərbaycan İcması olaraq, biz "Deutschlandfunk" ictimai radio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınayır və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırırıq", - deyə icmanın bəyanatında qeyd edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin