Azərbaycan neftində rekord bahalaşma

09:43 - 14 Yanvar 2025

Azərbaycan neftində rekord bahalaşma

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,67 ABŞ dollar bahalaşıb.

 

Manset.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,67 ABŞ dolları, yaxud 3,26 % artaraq 84,53 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin