Şəmsəddin Xanbabayev vəfat etdi
14 Yanvar 2025
19:00 - 13 Yanvar 2025
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat əldə edən 100-dən çox idmançı qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıblar.
Manset.az La Lettre nəşrinə istinadən xəbər verir ki, medalları hazırlayan Paris Sikkəxanasının rəhbərliyi artıq 3 aparıcı mütəxəssisi işdən çıxarıb.
Daha əvvəl Paris-2024-də bürünc medal qazanan ABŞ-li skeytbordçu Nayca Hyuston və fransalı üzgüçü Maksim Qrusse medalların keyfiyyətsiz olmasından şikayətlənmişdilər. Buna yarışdan iki həftə sonra adıçəkilən idmançıların medallarının çatlaması və üz qabığının soyulması səbəb olmuşdu.
Qeyd edək ki, Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust, Paralimpiya Oyunları isə 28 avqust - 8 sentyabr aralığında təşkil olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin