Şəmsəddin Xanbabayev vəfat etdi
14 Yanvar 2025
18:15 - 13 Yanvar 2025
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
Manset.az xəbər verir ki, bu barədə idarədən bildirilib.
Qeyd olunub ki, 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcəkdir.
Əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üzün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin