Şəmsəddin Xanbabayev vəfat etdi
13 Yanvar 2025
21:10 - 13 Yanvar 2025
Yaponiyanın üçüncü böyük adası olan Küsünün cənubundakı Miyadzaki prefekturasında baş verən 6,9 maqnitudalı zəlzələdən sonra elan edilmiş sunami xəbərdarlığı ləğv edilib.
Manset.az xəbər verir ki, bu barədə seysmoloji xidmət funksiyalarını yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, zəlzələdən sonra dalğa hündürlüyü 1 m-ə qədər ola biləcək sunami təhlükəsi elan edilib, reallıqda isə bu, əksər yerlərdə 20 sm olub. Yaponiya Baş nazirinin ofisində yeraltı təkanlarla bağlı böhran qərargahı fəaliyyətə başlayıb.
Yerli enerji şirkətinin məlumatına görə, zəlzələ zonasında yerləşən iki atom elektrik stansiyasında heç bir problem aşkarlanmayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bölgədə nəqliyyatın hərəkəti normaldır. Dəmir yolu xidməti də müvəqqəti bağlandıqdan sonra qrafikə uyğun işləyir.
***
18:04
Yaponiyada Kyuşu adasının cənubundakı Miyazaki prefekturasında 6,9 bal gücündə zəlzələ baş verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zəlzələ yerli vaxtla saat 21:19-da (Bakı vaxtı ilə 16:19) qeydə alınıb. Zəlzələnin intensivliyi Yaponiyanın seysmik şkalası üzrə 5 bal olub.
Zəlzələdən sonra Kyuşu adasının şərq sahili və Şikoku adasının cənub sahili üçün 1 metrə qədər sunami xəbərdarlığı edilib. Sakinlərə çay sahillərinə yaxınlaşmamaq tövsiyə olunur. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin