Şəmsəddin Xanbabayev vəfat etdi
13 Yanvar 2025
17:48 - 13 Yanvar 2025
Tailandda hökumət turizmi və iqtisadiyyatı inkişaf etdirmək məqsədilə kazinoları leqallaşdıran qanun layihəsini təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tailandın Baş naziri Petonqtarn Çinavata Nazirlər Kabineti ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.
Çinavata deyib ki, Nazirlər Kabineti turizmi və iqtisadiyyatı inkişaf etdirmək məqsədilə kazinoların leqallaşdırılmasına dair qanun layihəsini təsdiqləyib. O əlavə edib ki, qərar “uzunmüddətli perspektivdə bütün cəmiyyətə fayda verəcək”.
Sənəd baxılmaq üçün parlamentə təqdim olunacaq. Qanun layihəsi qəbul olunarsa, kazinolar otellər, konfrans zalları, ticarət mərkəzləri və ya əyləncə parklarının daxil olduğu komplekslərdə fəaliyyət göstərə biləcək.
Kazinoda Tailand vətəndaşlarından giriş haqqı alınacaq, əcnəbilər isə pulsuz buraxılacaq. Bundan əlavə, yaşı 20-dən az olan şəxslərin kazinoya getməsinə icazə verilməyəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin