Ev almaq istəyənlərin NƏZƏRİNƏ
13 Yanvar 2025
16:00 - 13 Yanvar 2025
Yanvarın 20-də andiçmə mərasimi keçiriləcək ABŞ Prezidenti Donald Trampın ilk fərmanları “şok və heyrətə” səbəb olacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu respublikaçı senator Con Barrasso CBS News-da deyib.
O vurğulayıb ki, Tramp ilk növbədə konkret nəticələrin əldə edilməsinə yönəlib.
Onun sözlərinə görə, onun proqramını həyata keçirmək üçün tələb oluna biləcək qanun layihələrinin sayı siyasətçi üçün prinsipial əhəmiyyət kəsb etmir.
"Prezident Tramp gələn bazar ertəsi vəzifəyə başlayanda onun fərmanları şok və qorxuya səbəb olacaq. Bütöv bir fərman dalğası iqtisadiyyata, eləcə də sərhədlərə aid olacaq.", - senator bildirib.
Daha əvvəl məlum olub ki, Tramp dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən imzalayacağı 100-dən çox fərman hazırlayır. Qeyd olunur ki, sənədlər sərhəd təhlükəsizliyi, qeyri-leqal miqrantların deportasiyası, gender siyasəti, məcburi vaksinasiya və onun seçki proqramının digər bəndləri ilə bağlı olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin