Bilgəhdə aşkarlanan suiti və quş cəsədlərindən nümunələr götürüldü

14:20 - 13 Yanvar 2025

Bilgəhdə aşkarlanan suiti və quş cəsədlərindən nümunələr götürüldü

Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb

Manset.az xəbər verir ki, Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində  aşkarlanan suiti və quş cəsədləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.

Xidmət rəsmisinin sözlərinə görə analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.



Xəbər xətti

13 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin