Peskov Putin və Tramp danışıqlarının mümkünlüyünü QİYMƏTLƏNDİRDİ

14:04 - 13 Yanvar 2025

Peskov Putin və Tramp danışıqlarının mümkünlüyünü QİYMƏTLƏNDİRDİ

Hazırda Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında danışıqlar üçün heç bir predmetli hazırlıq aparılmır.

 

Manset.az Rusiya mətbuatına istinadən xəbər verir, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələr bu görüşün təşkili üçün yalnız hipotetik olaraq öz ərazilərini təklif edirlər.

"Bir çox ölkələr öz xidmətlərini təmasların hipotetik olaraq edilə biləcəyi ölkələr kimi təklif edirlər. Amma bu haqda danışmaq hələ tezdir. Hələlik heç bir predmetli hazırlıq yoxdur". - Rusiya liderinin mətbuat katibi vurğulayıb.

 


Xəbər xətti

13 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin