"Barselona" "Real Madrid"i məğlub etdi

09:46 - 13 Yanvar 2025

İspaniya Superkubokunun “Real” və “Barselona” komandaları arasında keçirilən final oyunu başa çatıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, komandalar Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah Sports City” stadionunda qarşılaşıblar. "Barselona" "Real Madrid"i 5:2 hesabı ilə məğlub edib.

Qaliblərin qollarını Lamin Yamal (22-ci dəqiqə), Robert Levandovski (36-cı dəqiqə, penalti), Rafinya (39-cu və 48-ci dəqiqələr) və Alexandro Balde (birinci hissəyə əlavə olunmuş 10-cu dəqiqə); Real Madridin qollarını Kilian Mbappe (5-ci dəqiqə) və Rodriqo (60-cı dəqiqə) vurub. 57-ci dəqiqədə “Barselona”nın qapıçısı Voyçex Şesni qırmızı vərəqə alıb.

Beləliklə, "Barselona" tarixində 15-ci dəfə İspaniya Superkubokunun qalibi olub və bu turnirdə qələbə sayına görə rekorda sahib olub.


Xəbər xətti

13 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin