Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı - YENİLƏNİB

14:10 - 13 Yanvar 2025

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı - YENİLƏNİB

Növbəti köç karvanı işğaldan azad olunan Cəbrayıl şəhərinə çatıb.

 

Manset.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.

Bununla da ümumilikdə Cəbrayıl şəhərinə cəmi 326 ailə (1334 nəfər) köçürülməsi təmin olunub.

***

 09:15

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

 

Manset.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.


Xəbər xətti

13 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin