25 yaşlı qadın dərmandan zəhərlənərək ÖLDÜ

20:05 - 12 Yanvar 2025

25 yaşlı qadın dərmandan zəhərlənərək ÖLDÜ

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

13 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin